Şirkət haqqında ümumi məlumat
“İzel-Enerji” MMC 2014-cü ildə təsis edilmişdir. Şirkətimiz yeni tikilmiş, əsaslı təmir edilən və ya yenidən qurulan müxtəlif təyinatlı obyektlərin daxili elektrik, rabitə, təhlükəsizlik, istmə-soyutma, havalandırma və digər bu kimi sistemlərinin auditi, layihələndirilməsi, avadanlıq, material və qurğuların təchizatı, sifarişçinin təqdim etdiyi layihələr əsasında montaj (demontaj) işlərinin icrası, qurulmuş sistemlərin işə salınması və müvafiq aktlarla təhvil verilməsi, aylıq texniki servisi , habelə sifarişçinin işçi personalının öyrədilməsi və təlimatlandırılması üzrə ixtisaslaşmışdır. Şırkətin idarə və mühəndis heyəti yüksək dərəcəli, savadlı, təcrübəli, ixtisasları üzrə professional keyfiyyətlərə malik kadrlardan formalaşmışdır. Texniki heyətdə sahəsi üzrə öz işini mükəmməl bilən, məsuliyyətli, səliqəli, dürüst insanlara üstünlük verilmişdir.