info@izel.az

  (050, 055) 225 29 32

Haqqımızda

Şahbazov İlqar Rizvan o.

Direktor : Şahbazov İlqar Rizvan o.

1969-cu ildə Şabran (Dəvəçi) r-da anadan olmuşdur. 1986-cı ildə orta məktəbi bitirmişdir. 1986-1990-cı illərdə Rusiya Federasiyasında, Novoçerkassk Ali Hərbi Rabitəçi Komandirlər məktəbində elektron rabitə vasitələrinin istismarı üzrə mühəndis ixtisası üzrə təhsil almışdır. 1990-2001-ci illərdə ordu sıralarında ixtisası üzrə müxtəlif vəzifələrdə xidmət keçmiş və ehtiyyata buraxılmışdır. 2002-2005-ci illərdə “Barmek-Azərbaycan” EŞ-də Rabitə xidmətinin rəisi, 2005-2008-ci illərdə “Aztrank” MMC-də radiorabitə avadanlıqlarının istismarı şöbəsinin rəisi, 2008-2009-da “Power-Tech” MMC-də Layihə Rəhbəri, 2009 –2013-də “Moderno” MMC-də, Texniki Direktor vəzifələrində çalışmışdır. Ailəlidir, bir övladı var.



Məmmədov Aqil Əjdər o.

Kommersiya və Ümumi işlər üzrə Müşavir : Məmmədov Aqil Əjdər o.

1986-cı ildə Ermənistanın Vardenis r-da anadan olmuşdur. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində Kultrologiya, Beynəlxalq mədəni əlaqələr ixtisası üzrə, 2014-2018-ci illərdə Azərbaycan Texnologiya universitetində iqtisadiyyat və idarəetmə ixtisası üzrə ali təhsil almışdır. 2004-2007-də Mərkəzi Klinik Xəstəxanada, 2007-2008-də “Həyat Holdinq”-də, 2009-2013-də “Bakıenerjitikinti” ASC-də, 2013-2014-də “İlk construkcion” MMC-də, 2014-2015-də “Nikoil Bank”-da, 2016-2018-də Sumqayıt şəhər İcra Hakimiyyətinin İnformasiya və Reklam idarəsində ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmışdır. 2018-ci ildən Dərnəgül Tikinti Bazarının Direktorudur. 2014-cü ildən “İzel-Enerji” MMC-nin idarə heyətinin üzvü, kommersiya və ümumi işlər üzrə müşavirdir.



Baxışov Roman

Baş Mühasib : Baxışov Roman

1981-ci ildə Kürdəmir r-da anadan olmuşdur. 1998-2004-cü illərdə Bakı Dövlət Universitetində iqtisadi nəzəriyyə üzrə bakalavr və magistr təhsili almışdır. 2004-2019-cu illərdə müxtəlif şirkətlərdə ixtisası üzrə vəzifələrdə çalışmışdır. 2019-cu ildən etibarən “İzel-Enerji” MMC-də fəaliyyət göstərir. Ailəlidir.



Məmmədov Həbib Mirzə o.

Texniki Servis Departamentinin Elektrik şəbəkələrinə servis xidməti üzrə meneceri, Departament direktoru əvəzi : Məmmədov Həbib Mirzə o.

1966-cı ildə Quba r-da anadan olmuşdur. 1983-1988-ci illərdə Bakı Baza Energetika texnikomunda elektrik stansiyaları, şəbəkələri və sistemləri ixtisası üzrə təhsil almışdır. 1988-1993-də “Aqrarsənayetikinti” ASC-də sahə rəisi, 1993-2002-ci illərdə ticarət sahəsində, 2002-2003-də “Barmek-Azərbaycan” EŞ-də usta, 2003-2010-da elektrik avadanlıqlarının quraşdırılması və tətbiqi üzrə müxtəlif özəl qurumlarda məsləhətçi, 2011-2012-də “Proqress” MMC-də energetik vəzifələrində işləmişdir. 2014-cü ildən “İzel-Enerji” MMC-də fəaliyyət göstərir.